Quru Qoşunlarının komandanı İstanbula yola düşüb 

17:06 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Siyasət rubrikasından digər xəbərlər