Quru sərhədlər AÇILIR?

12:28 02.12.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Sərhədlərin açılması məsələsinə bir daha baxılsın".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Azərbaycanda ictimai və dövlət təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu qeyd edən deputat bildiirb ki, heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz:

"Ona görə də sərhədlər açılmalıdır ki, Gürcüstandakı və İrandakı azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər".