Qusarda iki maşın toqquşub, xəsarət alanlar var

21:34 12.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili ilə "Niva" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.