Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

14:15 27.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hafta.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.