Ramin Bayramlı istefa verib - FOTO-YENİLƏNİB

10:08 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən  istefa verib.

 

Hafta.az xəbər verir ki, bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

 

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.

 

İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm", - deyə R.Bayramlı qeyd edib.