Ramiz Əzizbəyli 6 gündür reanimasiyadadır

12:37 02.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Ramiz Əzizbəyli altı gündür reanimasiyadadır.

Hafta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya aktyorun qızı Xədicə Əzizbəyli bildirib.

O, atasının mayın 28-də Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib. 

X. Əzizbəyli “COVID-19”a yoluxan aktyorun saturasiyasının aşağı düşdüyünü, həmçinin tənəffüs almaqda çətinlik çəkdiyini söyləyib.

Oxunma sayı 1071