Rəsmi Bakı Şimali Kipri tək qoymayacaq - AKTUAL

15:26 17.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan, Özbəkistan və Türkmənistanını yunan Kiprinə səfir təyin etməsi Azərbaycan cəmiyyətində də müzakirələrə yol açıb. Bu addım türk dünyasının birləşməsinə, güclənməsinə gedən yolda növbəti əngəl hesab edilir. TDT-nin üzvü olan 3 türk dövlətinin eyni zamanda bu qərarının Türkiyəyə qarşı çevrilə biləcəyini hesab edənlər də var. Təbii ki, bu addım türk dünyasının birləşməsi istiqamətində atılan addımlarla bağlı da müəyyən suallar yaradır. Bu addım niyə və hansı siyasi səbəblərdən atılıb? “Haqlıdırmı, haqlı deyilmi?” – bu, başqa bir müzakirədir.

Bu istiqamətdə hafta.az-a açıqlama verən siyasi şərhçi Rəfael Becanov bildirib ki, bu addımların fonunda türk dünyasının birləşməsi yolunda əsas körpü olan Azərbaycanın mövqeyi çox maraqla izlənilir.

“Lakin çox gözləməyə və rahatsız olmağa dəymədi. Zatən, əvvəldən Prezident İlham Əliyevin mövqeyini bilirdik. Şimali Kipr Türk Respublikasının fəaliyyətindəki dinamizmə İlham Əliyev çox böyük önəm verirdi”, – deyə ekspert vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Prezident ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bu məsələ ilə bağlı qəti bir mesaj verdi.

“Hər kəs bu mesajdan öz payını ala bilir. Prezident Azərbaycanın dəyişməz mövqeyini açıq və birmənalı şəkildə bəyan etdi”, - deyə Becanov ölkə başçısının fikirlərindən sitat gətirib:

“Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı... Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

R.Becanov bildirib ki, mövqe, siyasət, prinsipiallıq – türk dünyasının birləşməsinə gedən yol budur.

“Prezidentin bu mesajı onun ədalətli dünya uğrunda bəyan etdiyi fikirlərdən bir addım da geri çəkilməyəcəyinin sübutudur. Türk dünyasına xidmət də, komandanlıq da budur” - ekspert deyib.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər: “Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı. Mərkəzi Asiya ölkələrinin KKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən, Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləri ilə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub.

Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Statusdakı sualları ona ünvanladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil. Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Kuzey Kıbrısla əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib. Kıbrıs Prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən İlham Əliyev Avropa İttifaqı və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğuladı. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”.

Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar Türk Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədr müavini Davut Günaydın və onu müşayiət edən nümayəndə heyəti ilə görüş zamanı Türkiyədən gələn jurnalistlərə açıqlama verib.

Hafta.az-ın yazdığına görə, Türk Dövlətləri Təşkilatının (TDT) bəzi üzvlərinin Aİ ilə bağladıqları razılaşmaların normal olduğunu bildirən Tatar “Bu vəziyyət yəqin ki, Aİ ilə münasibətləri baxımından belə bir prosesə girdikləri üçün yaranıb. Bu normaldır, axı bu ölkələrin Aİ ilə müxtəlif layihələri, özəl sektor və dövlət baxımından öz maraqları və faydaları var. Bildirildiyi kimi, Aİ-də onlara maliyyə və kommersiya layihələri təmin edə biləcək maliyyə imkanları da mövcuddur” , – deyib.

Tatar KKTC-nin bütün TDT üzv dövlətləri ilə əlaqə saxladığını, ölkəsinin eyni mədəniyyəti daşıyan və eyni dildə danışan ölkələrin birliyində olmasından daha təbii bir şey olmayacağını bildirib.

TDT çərçivəsində üzv dövlətlərlə əlaqələrin yaxşılaşdığını vurğulayan Tatar, indiyədək həmin coğrafiyada belə əlaqələrə girməyən Aİ-nin bu razılaşmanı 2022-ci ildən təşkilata müşahidəçi üzv olan KKTC-nin qarşısını almaq məqsədilə etdiyini vurğulayıb.

Prezident Tatar Türkiyənin Kiprlə bağlı tezislərinin iki dövlətli həll yolu olduğunu təkrarlayaraq, türk dövlətlərinin yunanlar qədər KKTC ilə də əlaqələr qurmasını gözlədiklərini qeyd edib.

Tatar Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Aİ ilə imzaladığı son razılaşmada yer aldığı bildirilən BMT-nin Kipr məsələsi ilə bağlı qərarlarına istinad edən maddələrin türk dövlətləri tərəfindən nəzərdən qaçırılmış ola biləcəyi ehtimalına diqqət çəkərək, “Bu maddələrin nəticəsinin hara, kimə və hansı nəticələrə səbəb olacağını bilirlərmi?” – sualını verib.

Prezident Tatar müqavilənin türk dövlətləri üçün faydalı olmasını arzulayıb və türk dövlətlərinə xəbərdarlıq edib. O, deyib: "Türk dövlətləri yunan kipri ilə münasibətlərində bir az diqqətli olmalıdırlar. Aİ ilə münasibətləri ola bilər. Avropa ittifaq olsa da, əhalisi 800 min olan yunanların suverenliyi altında deyil. Türk dövlətləri də yunanlarla münasibət qura bilər, amma diqqətli olmalıdırlar, çünki yunanların oynadığı oyun tamamilə fərqlidir. Onlar qeyri-insanidir, Kipr Türk xalqının hüquq və qanunları türk dövlətləri tərəfindən qeydə alınana qədər, “Razılaşma əldə edildikdən sonra yenidən görüşəcəyik” deyilməlidir. Hesab edirəm ki, buna belə yanaşmaq lazımdır”.

Qeyd edək ki, 3-4 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərində birinci Aİ-Mərkəzi Asiya Sammiti keçirilib. Sammitə Özbəkistanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri iştirak ediblər.

Zirvə toplantısından sonra imzalanan bəyannamədə KKTC ilə bağlı yer alan maddə diqqət çəkib. Qəbul edilmiş bəyannamənin 4-cü maddəsinə aşağıdakı ifadələr daxildir: “Eyni kontekstdə biz bütün beynəlxalq və regional forumlarda yuxarıda göstərilən prinsiplərə, xüsusən də bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, bu prinsiplərə zidd addımlar atmaqdan çəkinməyi öhdəmizə götürdük. Eyni ruhda, biz BMT Təhlükəsizlik Şurasının 541 (19589) və (19589) saylı qətnamələrinə güclü öhdəliyimizi bir daha təsdiqlədik. regional əməkdaşlıq çərçivələri Aİ-Mərkəzi Asiya əlaqələrinin inkişafı üçün vacib olan bu beynəlxalq prinsiplərə tam hörmət etməlidir.

1983 və 1984-cü illərdə BMT TŞ tərəfindən qəbul edilmiş bu qətnamələr nəyi ehtiva edir? Söhbət KKTC-nin 1983-cü ildə müstəqilliyini elan etməsindən sonra baş verən hadisələrdən gedir. Qəbul edilən qərarlarda bu bəyannamə etibarsız hesab edilir və beynəlxalq ictimaiyyətə KKTC-ni tanımamağa çağırılır.

18 noyabr 1983-cü il tarixində 541/1983 saylı qərar qəbul edilib. Sözügedən qərar KKTC-nin 15 noyabr 1983-cü ildə müstəqilliyini elan etməsindən sonra qəbul edilib. Qəbul edilən qərarla BMT TŞ türk tərəfinin müstəqillik elan etməsini Kipr Respublikasında qurulan Guyana Müqaviləsinə zidd hesab edib və bu bəyannaməni hüquqi cəhətdən etibarsız sayıb. Eyni zamanda o, bütün üzv dövlətləri KKTC-ni tanımamağa, adanın qanuni hökuməti olaraq yalnız Kipr Respublikasını qəbul etməyə çağırıb. Qətnamə 15 üzvdən ibarət Şura tərəfindən 13 lehinə, 1 əleyhinə (Pakistan) və 1 bitərəf (İordaniya) səslə qəbul edilib. Beləliklə, bu qərar beynəlxalq hüquqa görə KKTC-nin tanınmaması üçün əsas oldu.

11 may 1984-cü il tarixində 550/1984 nömrəli qərar qəbul edilib. Qərar icra edilmədiyi üçün qəbul olunub. 541/1983 və KKTC-nin varlığını möhkəmləndirməyə yönəlmiş addımların davamı. Şura bir daha əvvəlki qərarın təcili və effektiv icrasına çağırıb. Türkiyə ilə KKTC arasında “səfir mübadiləsi” və KKTC-də keçirilməsi planlaşdırılan “konstitusiya referendumu” və “seçkilər” kimi addımlar 2011-ci il №-li qətnaməyə zidd separatçı hərəkətlər kimi pislənilib. Bütün ölkələrə KKTC-ni tanımama çağırışı təkrarlanıb. Qətnamə 13 lehinə, 1 əleyhinə (Pakistan) və 1 bitərəf olmaqla (ABŞ) qəbul edilib.

Bu qərarlar KKTC-nin yalnız Türkiyə tərəfindən tanınmasının və beynəlxalq arenada təcrid olunmuş vəziyyətdə qalmasının əsas səbəblərindən biridir. Hər iki qərar BMT-nin Kipr məsələsində “yeganə legitim dövlət” kimi yalnız Kipr Respublikasını tanıdığını və KKTC-nin mövcudluğunu beynəlxalq hüquqa zidd hesab etdiyini ortaya qoyur.