Roma Papası Prezident İlham Əliyevi təbrik edib

21:00 05.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Roma Papası Fransisk Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq. Uca Tanrıdan diləyirəm ki, Azərbaycana və onun xalqına bundan sonra da tərəqqi, rifah, cansağlığı və əmin-amanlıq nəsib etsin.

Möhtərəm Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, bütün həmvətənlərinizə Allahdan ruzi-bərəkət diləyirəm".

Oxunma sayı 83