Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb

15:02 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Gulfstream G200” təyyarəsini satışa çıxarıb.

Hafta.az apasport.az-a istinadən xəbər verir ki, 37 yaşlı forvard bu satışdan 20 milyon funt sterlinq qazanmağı hədəfləyib.

Superulduz 2015-ci ildə aldığı təyyarədən Portuqaliyaya müntəzəm uçuşlar üçün istifadə edir. O, sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə tətil üçün tez-tez vətənə yollanırdı. Təyyarəyə 8-10 nəfərlik sərnişin yerləşsə də, Ronaldo daha böyük model axtarır.

Qeyd edək ki, 2011-ci ildə cəmi 250 ədədi istehsal edilən “Gulfstream G200” təyyarəsinin maksimal sürəti 900 km/saatdır.

Oxunma sayı 197