Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo və xanımı Georgina Rodriguezin vaxtilə necə tanış olması hekayəsi illərdir jurnal aləmində ən çox danışılan mövzulardan biridir.
Hafta.az-ın yazdığına görə, Ronaldo ilə tanış olmamışdan əvvəl Georgina 2016-cı ildə Madriddə bir mağazada satış nümayəndəsi işləyirdi. Məşhur futbolçu Ronaldo mağazaya gələndə ikisi ilk dəfə burada tanış olub. Lakin onların əsl görüşü və münasibətlərinin başlanğıcı təxminən bir il sonra, məşhur brendin təşkil etdiyi tədbirdə baş verib. Bu tədbirdə tanış olan cütlüyün sevgi hekayəsi də o andan başlayıb. Georgina Rodriguez etiraf edib ki, Ronaldo ilə ilk tanış olanda o qədər utanıb ki, onun üzünə belə baxa bilməyib.
Cütlük yeddi ildən artıqdır ki, bir yerdədir və bu müddət ərzində onlar böyük bir ailə qurmağı bacarıblar. Lakin onların hələ də evlənmək qərarına gəlməməsi diqqət çəkir. Ronaldo və Georgina bir dəfə əkiz körpələrini itirməyin böyük ağrısını yaşadılar. Cütlük bu itkini ürəklərində dəfn edərək, yeni nizama uyğunlaşmağa çalışaraq həyatlarına davam edir. Onların ailələri hər gün böyüməyə davam edir.
Cütlüyün ümumilikdə beş övladı var, onlardan üçü surroqat analar vasitəsilə dünyaya gəlib. Ronaldo həmişə böyük bir ailəyə sahib olmaq istədiyini dilə gətirib. O, bunu uzun illər oynadığı komandalarda geyindiyi formanın 7 nömrə olması ilə əlaqələndirir. Ronaldo üçün 7 nömrə meydanda sadəcə forma nömrəsi deyil, onun həyatının vacib simvoludur. Övladlarının sayı ilə bu rəqəm arasındakı əlaqə futbolçunun buna nə qədər xüsusi məna verdiyini göstərir.