Ruhanidən xəbərdarlıq: virusun 4-cü dalğası gəlir

09:14 14.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib.

 

Hafta.az BBC-yə istinadən xəbər verir ki, İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri “qırmızı bölgə” kateqoriyasına aid edib. 

 

Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib:

“Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq”.

 

Qeyd edək ki, İranda peyvəndləmə kampaniyasına çərşənbə axşamı başlanılıb. Ölkəyə peyvəndlərin ilk dozası fevralın 4-də tədarük edilib.