“Rus qoşunlarının Qazaxıstana girməsi region ölkələrinin suverenliyinə təhlükədir” – Özbəkistanlı jurnalist

19:50 10.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstanda yaşanan hadisələr yalnız bu ölkənin deyil, bütün Orta Asiyanın siyasi hörmətinə öz mənfi təsirini göstərəcək”.

Hafta.az-ın yazdığına görə, bunu özbəkistanlı yazıçı-jurnalist Abduvali Saybnazarov deyib. O bildirib ki, Qazaxıstanda baş verənlər Orta Asiya ölkələrini siyasi və iqtisadi baxımdan silkələyəcək. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi güclərinin Qazaxıstan ərazisinə girməsi, hesab edirəm ki, bütün region ölkələrinin geostrateji suverenliyinə təhlükədir" deyən Saybnazarovun sözlərinə görə, Qazaxıstan regionun taxıl və yanacaq anbarı sayılır. Bu səbəbdən də ölkədə yaşananlar Orta Asiyanın digər dövlətlərində də yanacağın və taxıl qiymətinin bahalaşmasına gətirib çıxaracaq.

“Bölgə ölkələrinin oxşar aksiyalarla üz-üzə qalmaması üçün hökumətlərin öz xalqları ilə sıx əlaqədə olması lazımdır. Hökumətlər xalqların rifah və inkişafını təmin edəcək islahatlar aparmalıdır”, - deyib özbəkistanlı yazar-jurnalist.