Rus dili imtahanından keçəcək immiqrantların sayı azalıb

09:50 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Rusiyada işlək patent almaq üçün məcburi olan rus dili imtahanından keçə biləcək əcnəbilərin sayı xeyli azalıb.

Hafta.az-ın “Business FM”in məlumatına görə, Rusiya Təhsil və Elm Nazirliyi rus imtahanından kəsilən immiqrantların sayında əhəmiyyətli azalma olduğunu açıqlayıb.

Sayta müsahibə verən Özbəkistan vətəndaşı bildirib ki, indi əcnəbilər üçün rus dilində imtahanlar daha ciddi hazırlanıb və attestat almaq istəyənlər “rüşvət” vermək əvəzinə, həqiqətən də rus dilini öyrənməlidirlər.

Rusiyada iş patenti, yaşayış icazəsi və ya vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar rus dili imtahanından keçməlidirlər.