Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) Rusiya hərbçiləri arasında baş verən dəhşətli hadisənin üstünü açıb. Ukrayna kəşfiyyatçılarının dinlədiyi telefon danışığına görə, Rusiya ordusunun əsgəri itkin düşdüyü güman edilən silahdaşını öldürərək yeyib.
Hafta.az-ın yazdığına görə, HUR-un dərc etdiyi söhbətdə Rusiya ordusunun 68-ci motoatıcı diviziyasının Əlahiddə Kəşfiyyat Batalyonunun komandiri bunları deyib: Heç kim qaçmadı. “Brelok” (əsgər üçün ləqəb) onu öldürdü və sonra iki həftə yedi ...”.
Hadisədən sonra "Brelok" ləqəbli əsgərin də ölü tapıldığını deyən komandir, "Bəli, öldü. Amma o, əvvəlcə silahdaşını yedi. Təsəvvür edin... Bunu öyrənəndə şok oldum" deyib.
Açıqlamada söhbətləri lentə alınan hər iki əsgərin 68-ci motoatıcı diviziyanın 52-ci Əlahiddə Kəşfiyyat Batalyonunda xidmət etdiyi, bölmənin Xarkov vilayətinin Kupyansk istiqamətində, xüsusilə Zapadne və Liman Perşiy kəndləri ətrafında əməliyyat apardığı qeyd edilib. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi bu hadisənin Rusiya ordusunun dərin mənəvi və psixoloji çöküşünün yeni göstəricisi olduğuna diqqət çəkib. Bəyanatda rus əsgərlərinin artıq insan həyatına, hətta öz silahdaşlarına belə hörmət etmədiyinə diqqət çəkilərək, “Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətin ədalətli qiymətinin olacağını bizə xatırladır” deyə xəbərdarlıq edilib.