Rus milyarderlər Putinə qarşı çıxdı - MÜHARİBƏNİ DAYANDIR

19:40 28.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

AB və ABŞ-ın sərt sanksiyalarına məruz qalan Tinkoff Bankın qurucusu Oleq Tinkov Ukrayna ilə müharibəyə qarşı çıxıb. O, insanların ölümünün qəbuledilməz olduğuna diqqət çəkib.

Hafta.az xəbər verir ki, bu barədə iş adamı Tinkov İnstaqramda məlumat verib.

"İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu müharibəyə yox, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üzrə tədqiqatlara xərcləməlidirlər. Biz bu müharibəyə qarşıyıq!" - mesajda deyilir.

Qeyd edək ki, o, Ukrayna ilə müharibənin əleyhinə çıxış edən yeganə rusiyalı böyük iş adamı deyil. Bundan əvvəl rusiyalı milyarder Mixail Fridman (“Alfa Group”), eləcə də Rusiya Federasiyasının prezidentinə yaxın olan Oleq Deripaska (“Rusal”) oxşar bəyanatlarla çıxış etmişdi.