Rus sülhməramlıları Qarabağda nə qədər qalacaq? - RUS SƏFİR AÇIQLADI

15:41 13.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının Qarabağda olması bu regionda insanların təhlükəsizlik yaşamasına mühüm töhfədir.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin dekabrın 13-də İrəvanda keçirilən “Yeni nəsil 2021” forumu çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin rolunu və əhəmiyyətini qiymətləndirmək mümkün deyil. “Konkret razılaşmalar var, bizim sülhməramlı kontingentimizin konkret fəaliyyəti var. O, insanların bu bölgədə təhlükəsizlik və gələcəyə inamla yaşamasını təmin etmək üçün mühüm töhfə verir. Bu, həqiqətən də belə çətin vəziyyətdə sülhün və pozitivliyin ciddi və mühüm amilidir”, - diplomat bildirib.

Tərəflərin gələcək addımları və sülhməramlıların Qarabağda qeyri-müəyyən müddətdə qalması ehtimalından danışan diplomat deyib:

“Həyat göstərəcək”.

Oxunma sayı 2718
Gündəm rubrikasından digər xəbərlər