Rus sülhməramlıları ilə bağlı qərar doğru addım idi - Açıqlama

14:28 25.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məhz Rusiya Paşinyanı noyabrın 26-da Soçidə masa arxasında oturmağa məcbur edir. Gah Rusiyaya, gah da Qərbə meyl göstərən Ermənistan Moskva əleyhinə çıxışlar edərək Avropa ilə yaxınlaşsa da, Kremlin əmrindən çıxa bilməz.

Bu fikirləri hafta.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, son vaxtlar Ermənistandan Rusiyaya yönələn “hədələr”, Azərbaycan sərhəddində və Şuşa ətrafında baş verən terror və terorçu “Azərbaycana verilərsə, növbəti qumbara Rusiya səfirliyinə atılacaq” kimi təhdidlərin arxasında həm də Paşinyan durur:

"O, kimlərinsə diqtəsi ilə ATƏT-in Minsk Qrupunu yenidən bu prosesə cəlb etməklə hansısa status və yaxud da özlərinin marağında olan məsələni həll etməyə çalışır. Moskva Avropa İttifaqında üçtərəfli görüşə elə bir reaksiya verdi ki, Paşinyan Soçidə görüşməyə razılaşdı. Deməli, Rusiyanın bölgədən sıxışdırmaq cəhdləri əbəsdir. Və düşünürəm ki, biz 10 noyabr bəyanatı ilə 1960 sülhməramlı kontingentinin burda yerləşdirilməsi ilə çox düzgün addım atdıq.

Beynəlxalq təşkilatlar da bu reallığı və erməninin törətdiyi əməlləri görüblər.

Ermənistan sanki hər tərəfdən təcrid olunur. Son anda sağa-sola cəhd etməklə nəsə əldə etmək istəsə də, bu absurddur. Sonda düşünürəm ki, Zəngəzur dəhlizi açılacaq, sərhədlərin delimitasiyası olacaq, xəritələr müəyyənləşəcək. Nəticədə Ermənistan sülh sazişini imzalayıb Azərbaycanın ərazilərini tanımalıdır".