Yazını böyüt
Yazını kiçilt
Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli işçi qrupunun ilk görüşü yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının bu gün, 23 yanvar tarixində Əbu-Dabidə keçirilməsi barədə razılıq əldə olunub.