Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, iyul ayı ərzində ölkədə toyuq ətinin kiloqramı orta hesabla 196,93 rubladək (3.50 manat) bahalaşıb.
Hafta.az-ın yazdığına görə, qiymət artımının əsas səbəbləri kimi yem, maşın və baytarlıq materiallarının qiymətinin artması və daşınmalarda yaranan fasilələr göstərilir.
İyul ayına olan məlumata görə, qoyun ətinin 1 kiloqramı 584,63 rubl (10.40 manat), mal ətinin 1 kiloqramı isə 494,32 rubl (8.60 manat) təşkil edir.
Ümumiyyətlə, ölkədə qiymətlər elə sürətlə artır ki, az qala həftədə iki dəfə vitrindəki malların qiyməti dəyişdirilir.
“Business FM” aparıcı şirkətlərin rəhbərlərinin fikirlərini toplayıb:
“Atlant” layihə və tikinti şirkətinin baş meneceri Dmitri Minin deyib ki, qiymət artımında elə də böyük problem görmür. Məsələn, onların tikdiyi binalarda təəccübləndirən artım yoxdur, sadəcə aldıqları malların qiymətləri bahalaşıb deyə bu özünü tikilən mənzillərin maya dəyərində göstərir.
“Volin” Avtomobil texniki xidmətinin direktoru Olga Seleznyeva etiraf edir ki, əlbəttə, qiymət etiketlərini yenidən yazmaq lazımdır. “Həftədə iki dəfə yenidən yazırıq. Təəssüf ki, biz müştərimizin alıcılıq qabiliyyətini çox yaxşı başa düşdüyümüzdən əşyaların qiymətini qaldıra bilmirik, ona görə də mürəkkəblik yaranır. Bu gün insanlar xidmət üçün qeyri-qanuni təmir sexinə getməyə və şübhəli keyfiyyətdə xidmətlər almağa məcbur olurlar. Ona görə də enerji resurslarının da artdığını nəzərə alsaq, hazırda bizneslə məşğul olmaq çox çətindir.
İvaşkeviç Hospitality şirkətinin baş meneceri Stanislav İvaskeviç bildirib ki, onlar həm xidmət, həm pərakəndə ticarət və istehsal kimi bir neçə fəaliyyət növünü bir anda əhatə etdiklərindən, əlbəttə ki, öz idxal komponentləri var. “Artıq qiyməti qalxmış tədarükçülərdən aldığımız ərzaq, spirtli içkilər var. Ona görə də menyunu, qida və içkilərin qiymətlərini tənzimləməli, qiymətləri indeksləşdirməliyik”.