Rusiya Çinə boru kəməri ilə qaz nəqlində Türkmənistanı ötdü

10:20 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya boru kəmərləri ilə Çinə təbii qaz ixracında ilk dəfə olaraq Türkmənistanı ötüb.

Hafta.az-ın Çinin rəsmi gömrük məlumatlarına istinadən yazdığına görə, “Qazprom” 2024-cü ilin fevralında boru kəmərləri ilə Çinə təbii qaz nəqlində birinci yeri tutub. “Qazprom” fevralda Çinə 2,5 milyard kubmetr təbii qaz ixrac edib.

2024-cü ilin əvvəlindən etibarən “Sibirin Gücü” boru kəməri ilə daşımalar planlı şəkildə artırılıb.

Bu dövrdə Türkmənistan Çinə təxminən 2,4 milyard kubmetr təbii qaz ixrac edib.

Özbəkistan fevralda temperaturun aşağı olması səbəbindən Çinə təbii qaz ixracını tamamilə dayandırıb.

Çin fevralda boru kəmərləri vasitəsilə ümumilikdə 5,346 milyard kubmetr təbii qaz idxal edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Oxunma sayı 285