Yazını böyüt
Yazını kiçilt
Rusiya Ukraynaya hərbi yardım edəcəyini açıqlayan Ekvadordan banan almağı dayandırmağa hazırlaşır.
Hafta.az-ın yazdığına görə, “Rosselhoznadzor” Ekvador bananlarında zərərli zərərvericilərin aşkar edildiyini açıqlayıb.
Bu arada, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Ekvador Sovet hərbi texnikasını Ukraynaya verəcəyini bəyan edib.
RİA agentliyi bu qərarın Ekvadora ildə 754 milyon dollara başa gələcəyini bildirib.
Mərkəzi Amerika ölkəsi 2023-cü ilin ilk 11 ayında Rusiyaya 691 milyon dollar dəyərində banan satıb.
Sanksiyalardan sonra logistika zəncirlərində yaranan fasilələrə görə banan Rusiyada ən bahalı məhsullar sırasındadır.