Rusiyanın Qarabağdakı rəsmən sülhməramlı sayılan kontingentinin humanitar reaksiya mərkəzinin mütəxəssisləri humanitar aksiya çərçivəsində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yayıcı kəndində aztəminatlı ailələrdən olan 50-dən çox erməni uşağa hədiyyələr təqdim ediblər.
Hafta.az xəbər verir ki, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.
“Bu gün Mardakert rayonunun Koçoqot(Kəlbəcər rayonunun Yayıcı kəndi-S.L.) kəndində humanitar aksiya keçirilib. 54 uşağa hədiyyələr və 40 kq konfet verilib. Həmçinin bu həftə Mardakert rayonunun Cenetek kəndində(Tərtər rayonunun Canyataq kəndi-S.L.) humanitar aksiyanın keçirilməsi planlaşdırılır”, - Rusiya hərbi kontingentinin nümayəndəsi Aleksandr Kudrin belə deyib.
Yayıcı kəndindəki məktəbdə keçirilən humanitar aksiyada Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə uşaqlara oyuncaqlar və şirin hədiyyələr təqdim ediblər.