Rusiya hərbçiləri Xarkovda İkinci Dünya Müharibəsinin səngərlərindən istifadə edirlər

18:12 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərb Hərbi Dairəsinin bölmələrindən birinin komandiri RİA Novosti-yə bildirib ki, Xarkov vilayətində rus hərbçiləri II Dünya Müharibəsi zamanı qazılmış səngərlərdən istifadə edirlər.

“Biz babalarımızın şücaətini təkrar edirik!” – bölmə komandiri deyib.

Onun sözlərinə görə, köhnə səngərlər dağıntı və otlardan təmizlənib, qaydaya salınıb və yalnız bundan sonra istifadəyə verilib. Yalnız müasir müharibə üçün lazım olanlar əlavə edilib.