Rusiya ikili mövqe sərgiləyir – Zərdüşt Əlizadə

19:21 18.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Sərhəddə yaşananlar gözlənilən proses idi.

Bunu politoloq Zərdüşt Əlizadə hafta.az-a şərhində son günlər regionda baş verən gərginliyi postmüharibə dövründə mübahisəli məsələlərin qarşılıqlı mübarizə və razılaşma əsasında həlli kimi dəyərləndirdi.

“Biz nəticədə münaqişənin müsbət həllini istəyiriksə bu prosesdən də keçməliyik. Biz 28 il atəşkəs dövrünü yaşadıq, 2016-cı ildə 5 günlük müharibə dövrünü, 44 günlük müharibə dövrünü yaşadıq.  Artıq 1 ildir, post konflikt dövrünü yaşayırıq. Münaqişədən sonra mövcud olan mübahisəli məsələnin  həlli prosesinə keçilib”.

Z.Əlizadə bildirib ki, hazırda gedən üçtərəfli danışıqlarda hər bir tərəfin özünün məqsədləri və mövqeyi var. Bu mövqeləri uzlaşdırmaq üçün tərəflər özünün imkanlarını ortaya qoyur. Bu da ondan ibarətdir ki, Azərbaycanla erməni separatçıları arasında döyüşlər gedir, itkilər verilir, əsirlər götürülür, Rusiya isə özünün vasitəçilik rolunu həyata keçirdir.

Z.Əlizadə ermənilərin hərbi hücumunun Rusiyanın hərbi təxribatı və ermənilərə bir dərsin verilməsi siyasəti olduğunu inkar etmədi. 

“Rusiya Ermənistana Azərbaycanın əli ilə təsir edir. Azərbaycan da bu dərsi ermənilərə verib. Rusiya Zəngəzur dəhlizinin açılmasını, delimitasiya və demorkasiyasını istəyir və Ermənistan buna gedir”.

Polotoloq hesab edir ki, sülhməramlıların Şuşada teror törədən ermənini separatçılara verməklə, Qarabağdakı separatçı qüvvələri əməli olaraq tanıdığını göstərir.

“Eyni zamanda Rusiya “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” deməklə ikili mövqe sərgiləyir. Amma bunların heç birindən təəccüblənmçək lazım deyil.  Bu ikilistandart, mövqe bütün dünya siyasətçilərində, dövlətlərində mövcuddur.  Eyni zamanda, atəşkəs mövcuddur. Atəşkəs şəraitində tərəflər münaqişənin tənzimlənməsi üçün vasitəçilərin iştirakı ilə hansısa barışın əldə edilməsi üçün addımlar atmalıdır.  Bura əsirlərin təhvil verilməsi də daxildir. 44 günlük müharibə qurtarandan sonra əsirlərin verilməsi məsələi az qala ənənəyə çevrilib. Ermənistan beynəlxalq hüquqa uyğun mövqe tutmur.  Ona görə də Azərbaycan məcburdur ki, əsrilərin valideynllərinin, qohumlarının  hökumətə göstərdiyi təzyiq nəticəsində Paşiyanı hansısa yanlış mövqedən geri çəkindirsin”.