Rusiya ilə Qazaxıstan arasında danışıqlar tələb edən məsələlər var - Tokayev

21:16 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Rusiya Federasiyası ilə Qazaxıstan arasında münasibətlərdə danışıqlar tələb edən məsələlər, xüsusən də qaz sektoru var, lakin Astana vəziyyəti dramatikləşdirmir.

“Bəli, əlavə koordinasiya və hətta danışıqlar tələb edən məsələlər var. Xüsusilə, söhbət qaz sektorundan gedir. Amma burada biz dramatizasiya etmirik”, - o, Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə deyib.

Tokayev əlavə edib ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə deyib. “Mən indicə Vladimir Vladimiroviçə dedim ki, belə suallar var. Onlar müzakirə tələb edir, lakin heç bir dramatizasiya olmadan. Bunlar iş suallarıdır. Mən əminəm ki, biz müvafiq razılaşmalar əldə edəcəyik”, - Tokayev bildirib.

Oxunma sayı 1584