Rusiya iqtisadiyyatı defolt olub

10:01 27.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt edib.

Hafta.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir ki, dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bazar ertəsinə keçən gecə başa çatıb.

Agentliyin fikrincə, Rusiya özünü defolt elan edəcək.

Məlumatda qeyd olunur ki, hazırda olan vəziyyəti unikaldır.

Çünki Rusiya Federasiyası borcu ödəmək istəyir, bunun üçün vəsaiti var, lakin Qərbin tətbiq etdiyi sanksiyalar bu imkanı məhdudlaşdırır.

Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur

Oxunma sayı 189