Dövlət Dumasına birinci oxunuşda qəbul edilmiş vətəndaşlıq haqqında qanun layihəsinə prezidentin düzəlişi daxil olub. Ona əsasən, Rusiya ordusunu nüfuzdan salan şəxs vətəndaşlıqdan məhrum edilə bilər. Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, dəyişiklik vətəndaşlığa xitam verilməklə cəzalandırılmalı olan cinayətlərin siyahısını genişləndirir. Söhbət Cinayət Məcəlləsinin 284.1-ci maddələrindən gedir
Vətəndaşlıqdan məhrumetmənin əsası həmçinin ekstremizmə açıq çağırışlar, dövlət xadiminin həyatına qəsd, silahlı üsyan təşkil etmə, soyğunçuluq, rüşvətxorluq, vandalizm, dövlət gerbinə və bayrağına hörmətsizlik və digər cinayətlər ola bilər..
Qanun layihəsi apreldə birinci oxunuşda qəbul edilib. İlkin variantda dövlət əleyhinə olan ağır cinayətlərə, terrorçuluq fəaliyyətinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və sənədlərin saxtalaşdırılmasına görə, habelə vətəndaşın könüllü müraciəti əsasında vətəndaşlıqdan məhrum edilməsi təklif edilib.