Rusiya regionda yeni geosiyasi reallıqla barışmır - Politoloq

18:58 18.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Rusiya Xarici Işlər Nazirliyinin verdiyi bəyanat Azərbaycana qarşı təhdid ve şantaj xarakterlidir. Bu qərar XİN-in birbaşa Azərbaycanın ərazi bütövlüyünün tanınmaması ve Qarabağı ayrıca bir subyekt kimi görməsidir.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsadullazadə deyib.

Ekspert hesab edir ki, Rusiya bununla Azərbaycana qarşı  separatizmi körükləyir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olduqlarını göstərirlər.

"Azərbaycan Xarici işlər Nazirliyi bununla bağlı sərt bəyanat verdi ve öz mövqeyini qəti şəkildə ortaya qoydu. Rusiya Xarici İşlər Nazirliyi qərəzliyi ve regionda sülhü təhdid edən açıqlaması ilə Cənubi Qafqazda geosiyasi mövqeyinin zəifləməsinə hesabablanan bəyanat verib."

M.Əsədullazadə bildirib ki, Rusiya regionda yeni geosiyasi reallıqla barışmaq istəmir. Bu, Rusiyanın 19 -20-ci əsrdən davam edən siyasətinin tərkib hissəsidir. Artıq geosiyasi şərtlər dəyişib. Rusiyanın "parçala hökm sür siyasəti ilə Azərbaycan və Ermənistana qarşı siyasət yürütməsi mümkün deyil. Azərbaycanla Türkiyə vahid gücü təşkil edir. Ona görə də, Rusiyanın belə bir bəyanatla çıxış etməsi Azərbaycana qarşı hər  hansı bir təzyiqin formalaşmasına gətirib çıxarmayacaq "

Siyasət rubrikasından digər xəbərlər