Rusiya taxıl müqaviləsini uzatmaq niyyətindədir

16:53 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Bloomberg” mənbələrə istinadən yazır ki, Rusiyanın noyabrın 19-da başa çatacaq taxıl sazişinin uzadılmasına razılıq verəcəyi gözlənilir.

Eyni zamanda agentliyin həmsöhbətləri Moskvanın sövdələşmə şərtlərinə dəyişiklik tələb edib-etməyəcəyini dəqiqləşdirməyiblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə hakimiyyəti sazişin müddətini bir il uzatmağı təklif etmişdi.
Oktyabrın sonunda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna tərəfi pilotsuz təyyarələrdən istifadə edərək Sevastopol körfəzində gəmilərə hücum edib. Bu hadisədən sonra Moskva “taxıl sövdələşməsi”ndə iştirakını dayandırıb, lakin bir neçə gün sonra Kiyevdən “aydın təminat” aldığını bildirərək ona qayıdıb.