Rusiya valyuta ehtiyatlarına görə 6-cı yerdədir

10:55 14.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya valyuta ehtiyatlarına görə dünyada altıncı yerə yüksəlib. Ümumdünya Qızıl Şurasının məlumatlarını təqdim edən “İzvestiya” qəzeti ölkənin 442 milyard dollar ehtiyatı ilə Səudiyyə Ərəbistanını geridə qoyduğunu yazır.

Hafta.az-ın yazdığına görə, qəzet bu ehtiyatların 300 milyard dollarının sanksiyalar çərçivəsində dondurulduğunu xatırladaraq, bu aktivlərdən əldə edilən gəlirlərin Ukrayna üçün istifadəsinin gündəmdə olduğunu yazır.

“İzvestiya” həmçinin Rusiyanın ümumi ehtiyat həcminin 2022-ci ilə nisbətən 3 milyard dollar azaldığına diqqət çəkib.

Lakin Səudiyyə Ərəbistanının Mərkəzi Bankda daha az pul saxlamaq siyasəti nəticəsində altıncı yeri Rusiya tutub.

İlk üç yerdə valyuta ehtiyatı 3,3 trilyon dollarla Çin, 1,2 trilyon dollarla Yaponiya və 755 milyard dollarla İsveçrədir qərarlaşıb. Bu üç ölkəni Hindistan və Tayvan izləyir.

Son məlumatlara görə, Rusiya Mərkəzi Bankının valyuta və qızıl ehtiyatlarının həcmi 598 milyard dollardır.