Yazını böyüt
Yazını kiçilt
Rusiya və ABŞ-ın ikitərəfli komissiyasının Strateji Hücum Silahları Müqaviləsi (START) üzrə məsləhətləşmələri nəticəsiz qalıb. Bu barədə “Kommersant” ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, məsləhətləşmə noyabrın 29-dan dekabrın 6-dək Qahirədə keçirilməli idi, lakin səfirlik qeyd edib ki, Rusiya birtərəfli qaydada görüşü təxirə salıb və yeni tarixləri daha sonra təklif edəcək. Məsləhətləşmə zamanı tərəflər ikitərəfli təhlükəsizlik müqaviləsi üzrə əsas məsələləri müzakirə edəcəklər.
Nəşr vurğulayır ki, Rusiya Xarici İşlər Nazirliyi START üzrə məsləhətləşmənin təxirə salınması ilə bağlı məlumatı şərh etməyib.