Rusiya və Türkiyə arasında “3+3” MÜZAKİRƏLƏRİ

19:01 15.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sedat Önal yaxın gələcəkdə Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) mexanizminin işə salınmasının aktuallığını təsdiqləyiblər.

"Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə ediblər", - Hafta.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatda deyilir.

Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Yaxın vaxtlarda Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmə mexanizminin işə salınmasının aktuallığı vurğulanıb.