Rusiyada 430 nəfər koronavirusun qurbanı olub

21:17 14.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada COVID-19-a yoluxanların sayı 4,07 milyonu keçib. Rusiyada son sutka ərzində 14 min 185 nəfər koronavirusa yoluxub, 430 nəfər isə infeksiyadan həyatını itirib.

Hafta.az xəbər verir ki, bu günə qədər Rusiyada 4 milyon 71 min 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 min 126 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 milyon 593 min 101 şəxs virusdan sağalıb, 398 min 656 nəfərin müalicəsi isə davam edir.