Rusiyada ixrac gəlirləri 70 FAİZ AZALIB

12:16 10.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Gömrük Xidməti ölkənin ixrac gəlirlərinin yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox azalaraq 74,2 milyard rubla düşdüyünü açıqlayıb.

Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, Federal Gömrük Xidməti ötən ilin yanvarında xəzinəyə 377,3 milyard rubl köçürüldüyünü bildirib. Bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə 31 faiz azdır.

Qeyd olunub ki, gömrük rüsumu və ƏDV daxil olmaqla, idxal gəlirləri 7,5 faiz azalaraq 301,3 milyard rubla, ixrac gəlirləri isə 262 milyard rubldan 74,2 milyard rubla düşüb.

Neft satışının azalması nəticəsində bu məhsulun ümumi ixrac vergisi illik əsasda 24,2 milyard rubl azalıb. Təbii qaz ixracat gəlirləri isə yüzdə 21 azalaraq 71,2 milyard dollar olub.

"Qazprom" Ukraynada gedən müharibə səbəbindən təbii qazın nəqlini gündə 40-43 milyon kubmetrdən 24 milyon kubmetrə endirib.

Siyasət rubrikasından digər xəbərlər