Rusiyada səfərbər olanın fərariliyi ilə bağlı ilk cinayət işi açılıb

19:28 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada səfərbərlikdən yayınma ilə bağlı ilk cinayət işi başlanıb. Lenta.ru-nun “Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikova istinadən verdiyi məlumata görə, söhbət hasarın dəliyindən keçərək bölmədən qaçan Yakutiya sakinindən gedir.

Ulan-Ude hərbi komendantlığının qərarına əsasən, həmin şəxs qismən səfərbərlik çərçivəsində çağırılıb və sentyabrın 23-də Buryatiyadakı hərbi hissəyə yazılıb. Ancaq bir həftə sonra o, özbaşına oranı tərk edib.

Əsgər komandirə Ukraynaya getməkdən imtina etdiyini bildirib, sonra hasardakı dəlikdən qaçıb.
Hazırda onu yeddi ilə qədər həbs cəzası gözləyir.