Rusiyada vəba epidemiyası YAYILIB?

12:11 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İnternetdə Rusiyanın vəba epidemiyası ilə üzləşdiyi barədə saxta xəbərlər yayılıb.

“Həmkarlar, vəba epidemiyası bizə yaxınlaşır! Artıq xəstəxanaya xəbərdarlıq sənədləri gəlib. Yalnız qaynadılmış su için, Rusiyada suda vəba xəstəliyi var" - Hafta.az bildiri ki, yayılan məlumatlarda deyilir.

Rospotrebnadzorun məlumatına görə, mesaj saxtadır və Ukrayna mediasında və Telegram kanallarında yayılır, xəstəliklə bağlı vəziyyət stabil olaraq qiymətləndirilir.

“Rusiya Federasiyası ərazisində vəba ilə bağlı epidemioloji vəziyyət stabil olaraq xarakterizə olunur və Rospotrebnadzorun daimi nəzarəti altındadır. Son 20 ildə Rusiyada yalnız birdəfəlik xaricdən gətirilən vəba halları qeydə alınıb”, - nazirliyin açıqlamasında bildirilir.