Rusiyadakı sanksiyalardan sonra xarici bankların sektordakı ümumi payı təxminən 1980-ci illərin səviyyəsinə qədər azalıb.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Raiffeisen Bank International-ın hesabatında deyilir ki, 2023-cü ildə Avropa və ABŞ banklarının Rusiyadakı ümumi əməliyyatları 60 milyard dollardan çox aşağı düşüb.
Bu rəqəm 2021-ci ildə 119 milyard dollar olub.
Beləliklə, xarici bankların Rusiyadakı əməliyyatları “Soyuq müharibə”nin təsirinin hiss olunduğu 1980-ci və 1990-cı illərin əvvəllərində olduğu səviyyəyə düşüb.
Rusiyada Çin bankları 2021-ci ildən aktivlərini dörd dəfə artırıb və banklararası bazar həcmində Qərb banklarını yaxalaya bilib. Ötən ilin oktyabrında Moskva birjasında yuan əməliyyatlarının həcminin payı 50 faizə çatıb.
Rusiyanın xarici ticarətində yuanın payı 33 faizdir.