Rusiyadan Avropaya aviabiletlər yarıbayarı ucuzlaşıb

09:46 07.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Agentlikləri Assosiasiyası təyyarə biletlərinin qiymətlərinin yarıbayarı endiyi üçün, rusiyalı turistlərin Avropa turlarına marağının artdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Rusiya Tur Agentlikləri Assosiasiyasının vitse-prezidenti Aleksey Mkrtyan ötən illə müqayisədə Rusiyadan bəzi Avropa istiqamətlərinə tur tələbində 150 ​​faiz artım olduğunu bildirib.

Mkrtyan bəyan edib ki, 2023-cü ildə Rusiyadan İstanbul üzərindən İtaliya, Fransa və İspaniyaya aviabiletlərin qiymətləri 100-120 min rubl civarında idi, bu gün isə İrəvan və Tbilisi üzərindən bu qiymət 40-50 min rubla qədər azalıb.

Dövlət Statistika Xidməti 2024-cü ilin birinci yarısında aviabiletlərin 25 faiz artdığını açıqlayıb.