Əsas problemlərdən biri Rusiyadan Azərbaycana pulköçürmələrlə bağlı olacaq.
İqtisadçı Natiq Cəfərli hafta.az-a bildirib:
“Bilirsiniz ki, yüzminlərlə soydaşımız həmin ölkədə yaşayır və işləyir. Onlar qazandığı vəsaitin bir qismini Azərbaycanda yaşayan ailələrinə maddi yardım kimi köçürürlər. Yaranmış vəziyyətlə əlaqədar pulköçürmələrdə kəskin azalma müşahidə edilə bilər. Bu da ölkəmizdə müəyyən problemlərə səbəb olar. Həmin ailələrin sosial vəziyyəti pisləşə bilər. Bununla yanaşı Rusiyada yaşayan soydaşlarımızın biznes fəaliyyətində maneələr yaranar, soydaşlarımız işlərini itirə bilər. Bu hal davam edərsə Rusiyada yaşayan və işləyən həmyerlilərimizin bir qismi yəqin ki ölkəmizə dönər. Azərbaycan buna hazır olmalıdır. Əlavə iş yerlərinin yaradılması zərurətə çevriləcəkdir”.