Rusiyadan Azərbaycana TURİST AXLNI 2 DƏFƏ AZALIB

08:00 30.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa uçuşları üçün İstanbul əsas mərkəz olaraq qalır; az dərəcədə Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Qafqaz ölkələrinin hava limanlarından da istifadə olunur”.

Hafta.az-ın yazdığına görə, bunu rusiyalı iş adamı, ATOR-unvitse-prezidentivə “Kosmos” Səyahət şirkətininbaş meneceriArturMuradyandeyib.

Azərbaycanla bağlı ayrıca şərh verməyi də unutmayıb. Qeyd edib ki, Rusiya ilə yaşanan məlum siyasi gərginliyə görə turistlər arasında Azərbaycana tələbat azalıb və bu ölkəyə getmək istəyənlər digər qonşu ölkələri seçməyə başlayıblar.

“Formula 1 yarışları vəziyyəti qismən sabitlləşdirdi, lakin bu, qısamüddətli effekt verdi. Azərbaycan əvvəllər inkişaf edən turizm məkanı olduğundan satışlar yaxşı gedirdi. İndi təəssüf ki, məlum səbəblərdən Azərbaycana səyahətə tələbat iki dəfə azalıb”, - ATOR-un vitse-prezidenti deyib.