Yazını böyüt
Yazını kiçilt
Rusiyadan Çinə edilən yuan ödənişlərinin 80 faizi geri qaytarılıb. ABŞ-ın 2023-cü ilin dekabrında qəbul etdiyi yeni sanksiya qərarından sonra Rusiya şirkətləri ilə işləməyə davam edən xarici banklar pul köçürmələrini təsdiqləməkdən çəkinməyə başladılar.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, şirkət rəsmisi bildirib ki, Çin bankları onlara heç bir sual vermədən ödənişləri 30-40 gün gözləməkdə saxlayıb, sonra isə geri qaytarıblar.
Xəbərə görə, bəzi hallarda çinli ixracatçılar bankların razılığı olmadığı üçün rusiyalı həmkarlarından 5-6 ay ərzində ödəniş ala bilmirlər.