Rusiyadan idxal edilən taxıl ucuzlaşacaq

16:33 28.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına makroiqtisadi səviyyədə mənfi təsir göstərməyəcək.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Həmçinin o bildirir ki, rublun ucuzlaşması dönərli valyuta üzərindən mübadilədə taxılın ölkəmiə ucuz gətirilməsinə şərait yaradacaqdır. Təbii ki, bu hal Rusiyada qiymətlər anormal səviyyədə qalxmasa baş verər.