Rusiyalı azarkeşlər Can Yamanı duz-çörəklə qarşıladılar

09:10 19.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin məşhur aktyoru Can Yaman yeni serialının qala gecəsi üçün Moskvaya gələrək pərəstişkarlarını coşdurub.

Hafta.az-ın yazdığına görə, Dolce & Gabbana və Mercedes-Benz brendlərinin səfiri olan 35 yaşlı aktyor Vnukovo hava limanında pərəstişkarları və sevdikləri tərəfindən duz-çörəklə qarşılanıb.

Can Yamanın proqramına həmçinin Tverskayadakı "Ritz-Carlton" otelində qalmaq, Moskvanın tarixi və mədəni nöqtələrini ziyarət etmək və rus mətbəxi ilə tanış olmaq daxildir.

Son illər beynəlxalq layihələrdə iştirak edərək geniş pərəstişkar kütləsi qazanan Yaman Moskvada keçiriləcək tədbirlərdə də pərəstişkarları ilə görüşəcək.