Rusiyalı deputatlar və ekspertlərin Ağdama səfəri başlayıb

13:44 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı deputatların və ekspertlərin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Hafta.az xəbər verir ki, nümayəndə heyətinin viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şahbulaq qalası ilə tanış olmaları nəzərdə tutulur.