Rusiyalı krpto-bloggeri Balidə döyüb 284 MİN DOLLARINI APARDILAR

14:25 28.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşı olan kripto-blogger Yuri Boytsov İndoneziyanın Bali adasında tətildə olarkən döyülərək qarət edilib.

Hafta.az-ın yazdığına görə, quldurların Boytsova məxsus 284 min dollar pulu hesabından çıxararaq qəsb ediblər.

İnstaqram hesabında açıqlama verən Boytsov sevgilisi ilə qaldığı villaya 4 nəfərin girdiyini, onlardan 3 nəfərinin rus dilində danışdığını bildirib. Boytsov bildirib ki, dördüncü şəxs polis geyimində olan indoneziyalı olub.

Boytsov bildirib ki, şikayət etsə də, polis hərəkətə keçmək istəmir. Bloggerin iddiasına görə, ölkəni tərk etmək ərəfəsində yaxalanan şübhəlilərdən biri qısa müddət sonra sərbəst buraxılıb.

Boytsov İnstaqram səhifəsində Rusiyanın konsulluq rəsmilərindən kömək istəyib. Rusiyada İnsagram qadağan edilib, Meta şirkəti isə ekstremist təşkilat hesab olunur.