Rusiyalı nazir Azərbaycan səfiri ilə İrana qaz kəməri layihəsini müzakirə edib

12:30 21.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın energetika naziri Sergey Civilyev Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevlə Azərbaycandan keçməklə İrana uzanacaq təbii qaz kəməri layihəsini müzakirə edib.

Hafta.az-ın yazdığına görə, görüşün təfərrüatlarını Rusiya Energetika Nazirliyi Telegram kanalında açıqlayıb.

Açıqlamada iki ölkə arasında enerji sektorunda “perspektiv əməkdaşlıq xətləri”nin müzakirə edildiyi bildirilsə də, Civilyev Rusiya ilə Azərbaycanın enerji sahəsində həm neft-qaz məsələlərində, həm də digər sahələrdə konstruktiv dialoq inkişaf etdirdiyini vurğulayıb. Nazir bəyan edib ki, iki ölkə çoxillik ümumi təcrübə və tarixi biliklərə əsaslanaraq əməkdaşlığı gücləndirib.

Civilyev bəyan edib ki, Rusiya Azərbaycanla dostluq münasibətlərinə böyük dəyər verir.