Yazını böyüt
Yazını kiçilt
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənubundakı və mərkəzindəki 11 hava limanına uçuşların məhdudlaşdırılmasını bir həftə daha uzatmaq qərarına gəlib. Bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyinin saytında məlumat verilib.
"Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 21 dekabr 2022-ci ilə qədər uzadılıb", - Federal Hava Nəqliyyatı Agentliyi izah edib.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşların məhdudlaşdırıldığı bildirilir.