Rusiyanın müharibənin istiqamətini dəyişərək Kiyev və onun ətrafından geri çəkilərək Donbasa doğru istiqamət almasını indi bütün dünya bilir. ABŞ-dan gələn xəbərə görə, Krımda yaşanan ssenari bu bölgələr üçün də qüvvəyə minəcək.
Hafta.az xəbər verir ki, ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəsi Maykl Karpenter Rusiyanın Ukraynanın şərqində işğal etdiyi rayonları “saxta referendumlar”la ilhaq etməyə hazırlaşdığını iddia edib.
Vaşinqtonda açıqlamalar verən Karpenter, "Son etibarlı xəbərlərə görə, Rusiya Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını ilhaq etməyə çalışacaq. Bu xəbərlərdə bu bölgələrin birləşmək üçün mayın ortalarında referendumların keçiriləcəyi bildirilir" - deyib.
Karpenter, Moskvanın hələ də Rusiyanın nəzarətində olan Xerson bölgəsində də müstəqillik referendumu keçirməyi planlaşdırdığını iddia edərək, “ABŞ bu saxta referendumlar və saxta səslərlə daha çox Ukrayna ərazisinin ilhaqını qanuni saymayacaq" - deyə bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiyanın “saxta referendumlar” keçirə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.