Yazını böyüt
Yazını kiçilt
Ukraynaya qarşı hərbi təcavüzdən əvvəlki ilə müqayisədə bu gün Rusiyanın neft ixracından əldə etdiyi xalis gəlirdə artım var.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Rusiyanın ötən ilin oktyabr ayında neft satışından əldə etdiyi xalis gəlir 11 milyard dollar olub. Bu, ötən ilin may ayından bəri ən yüksək göstəricidir.
Bu gün Rusiyanın gündəlik neft ixracı 3,5 milyon barel səviyyəsindədir.
“Bloomberg” iddia edib ki, bu ilin ilk 9 ayında Rusiyanın neft daşımalarının 70 faizi “kölgə donanması” tərəfindən həyata keçirilib.