Yazını böyüt
Yazını kiçilt
“Böyük Yeddiliyə” üzv ölkələr bəyan ediblər ki, anti-Rusiya sanksiyaları Rusiyadan ərzaq tədarükünə mane olmamalıdır. Bu barədə G7-nin bəyanatında deyilir.
Dekabrın 5-də G7 ölkələri, Aİ və Avstraliyanın razılaşdırdığı Rusiyadan dəniz yolu ilə gətirilən neftin qiymət tavanı ilə bağlı qərar qüvvəyə minib. Qiymət tavanı 60 dollar/barel səviyyəsində müəyyən edilib, yanvarın 15-dən sonra ona mütəmadi olaraq yenidən baxılacaq.
Bundan sonra G7 iştirakçıları Rusiya xam neftini və neft məhsullarını dəniz yolu ilə idxal etmək istəyən üçüncü ölkələri məhsulların marjinal qiymətindən yararlanmağa çağırıblar.